Azərbaycanda 2022-ci ildə ən populyar uşaq adları məlum oldu

2022-ci ildə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Ötən il Azərbaycanda oğlan uşaqlarına ən çox ğlan uşaqlarına ən çox verilən ad Uğurdur. 2022-ci il başlayandan bəri bu ad 2032 uşağa qoyulub.

Doğumu qeydə alınan körpələrdən oğlan cinsindən olanlardan 1865 uşağa Əli, 1752 uşağa Hüseyn, 1656 uşağa Yusif və 1256 uşağa isə Məhəmməd adı verilib.

Qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. 2022-ci ildə bu ad 1820 uşağa qoyulub.

Bundan əlavə, 1504 uşağa Aylin, 1484 uşağa Məryəm, 1476 uşağa Zeynəb və 1263 uşağa Fatimə adı verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ