Bakıda ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə “Mercedes” markalı avtomobilin “Toyota”nın qarşısına çıxması nəticəsində baş verib.
Qəza nəticəsində üç nəfər hadisə yerində, daha iki nəfər isə xəstəxanada vəfat edib - “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, onun sərnişinləri - 1994-cü il təvvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova və 2001-ci il təvəllüdlü Könül Namazova, həmçinin “Toyota” markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Pərviz Əlizadə.
Faktla bağlı cinayat işi başlanılıb, araşdırma aparılır.
15:32
Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib:
“Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.
13:33
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə “Şəfa” stadionu yaxınlığında qeydə alınıb. Qəza zamanı “Toyota Prius” və “Mercedes C Class” avtomobilləri toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb. Həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.