“20 yanvar” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - “3-cü mikrorayon” dairəsindəki yol ötürücüsündə aparılacaq təmir işləridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ