“Qoç ət” KFT MMC-də dəhşətli hadisə baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən günorta saatlarında şirkətə məxsus olan Qaradağ rayonu Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb.
Belə ki, kəsim sexində çalışan Pirməmmədova Rəqsanə Azad qızı qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb. Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.