Məşhur restoran Bakı merinə qarşı çıxdı - FAKT

Bakının mərkəzində, "Tarqovı”nın tam mərkəzində fəaliyyət göstə restoran vətəndaşların gediş-gəliş yolunu zəbt edib.

Buta.media-nın xəbərinə görə, barədə 7NEWS.az-a ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, bugünlərdə Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən "PASSAGE 145" restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. 

Restoran düz yolun ortasına qəlyanlar düzüb. Buda ətrafdakıların narahtaçılığına səbəb olub.

Qeyd edək ki, bir müddət öncə oxşar hadisə baş vermişdi. Həmin zaman Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq vermişdi, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verilmişdi. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılmışı. Lakin məsələnin üstündən iki ay keçəndən sonra hadisə təkaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ