İran məhkəməsi qərar verdi: Məhsa Əminidən sonra növbəti Məhsa

25 yaşlı iranlı etirazçı Məhsa Pəyrəvi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Oktyabr ayında Tehranın Mirdamad Bulvarında hicabını çıxardığına görə həbs edilən Məhsa Peyrəvi üç gün sonra 2.5 milyard tümən girov müqabilində sərbəst buraxılmışdı.

Lakin ona qarşı məhkəmə tərəfindən ittiham irəli sürülüb. Hakim Salavatinin sədrlik etdiyi İnqilab Məhkəməsi “fitnəyə təşviq” və “fahişəlik” ittihamı ilə Məhsa Peyrəvini 10 il müddətinə azadlıqdan məhrum edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ