Şahin Bağırov Baş Gömrük İdarəsi rəisini işdən çıxardı

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib.

Bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

DGK-nin İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı saytımıza təsdiq ediblər. Bildirilib ki, gömrük polkovniki M.Sadıqov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvarında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ