Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi - DİN-dən açıqlama

Bu gün saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanıb. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub. 

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ