Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Hadisənin videosu sosial şəbəkədə paylaşılıb.
Sutkanın qaranlıq vaxtında Binə qəsəbəsində avtomobil yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu vurub.
Hadisə nəticəsində 11 yaşlı uşaq ölüb, qadın isə xəstəxanaya yerləşdirilib.