Azərbaycanlı adamyeyənlər arasına düşdü: Görün necə sağ qaldı - FOTO+ VİDEO

Papua-Yeni Qvineya adasında 2-3 minə yaxın tayfa var, onların hər birində 6-dan 20-ə qədər insan yaşayır, məişətləri isə daş dövründən bəri dəyişməyib, onlar üçün hannibalizm qədim ənənənin bir hissəsidir.

Buta.media-nın məlumatına görə, bunu Oxu.Az müsahibəsində Azərbaycanlı həvəskar alpinist Vadim Vokryaçko deyib.

"Dağdan endikdən sonra komandanın bir qədər boş vaxtı qaldı və biz  orada yaşayan tayfalardan birinə baş çəkdik. Yalnız şəhərlər və yollar yaxınlığında məskunlaşmış tayfaların müasir dünyada baş verənlərdən az-çox təsəvürü var. Ox və kaman, nizə və xəncər onların yeganə silahıdır. Onların valyutası isə donuz və düyüdür.

Bizim bəxtimiz gətirdi, biz mehriban tayfaya düşdük, müdrik tayfa başçısı Papa Yalli bizi yeməkdənsə yeməməyin daha xeyirli olduğunu qət etmişdi. Çünki bizim təhlükəsizliyimizin əvəzində donuz və düyü şəklində ödəniş qəbul etmişdi. O, artıq bir neçə ildir ki, turist qəbul edir, hətta ingilis dilində də bir neçə söz deməyi öyrənib. Tayfa artıq heyvan sümüklərindən ibarət ənənəvi bəzək əşyalarını bizim pul adlandırdığımız kağız parçası ilə mübadilə etməyi də öyrənib.

Əminəm ki, həmin əskinasları sonradan ərzaqla mübadilə edirlər. Ancaq tayfaların çoxu müasir dünyadan təcrid vəziyyətindədir, sivilizasiya barədə anlayışları yoxdur. Onları heç kim yoxlamır, onların pasportu yoxdur. Yerli hökumət və tayfalar arasında şifahi razılaşma var: “Bizim sizinlə işimiz yoxdur, sizin də bizimlə işiniz olmasın”. Onlar daima təbiətlə qarşılıqlı əlaqədədirlər və azla kifayətlənirlər".  - V. Vokryaçko bildirib.

O bildirib ki, onlarda ən gözəl qadın böyük döşləri olan xanımdır:

"Hər şey çox bəsitdir. Böyük döşləri olan qadın – onlar üçün gözəllik idealı sayılır. Böyük döşlər bərəktlilik simvoludur. Tayfa başçısından icazə alıb, yerli kişilərin gözəlliyinə biganə qalmadığı qadını çəkdim. Onun dörd barmağı yox idi. Öyrənə bildim ki, qadın əri öləndə onun barmağını kəsirlər. Bu qadın dörd dəfə ərdə olub və hamısını dəfn edib. Burada paltar geyinmirlər".

"Papuaslar gündə bir dəfə yemək yeyirlər. Ümumi süfrə açılır. Bütün kənd dərə qazır, içinə köz tökürlər və üzərinə yarpaqlar, yarpaqların üzərinə isə ət düzürlər. Sonra isə onu yuxarıdan da yarpaq və közlə əhatə edib, yeməyin hazır olmasını gözləyirlər. Papuaslar son dərəcə təmkinlidirlər. Onlarda yaş və ya təqvim anlayışı yoxdur. Onlar çox xoşbəxtdirlər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ