Tofiq Yaqublu həbs olundu

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu inzibati qaydada həbs olunub.

Bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

T.Yaqublu İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutkalıq inzibati qaydada həbs olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ