Bakı restoranlarına ölü at əti satan şəxs tutuldu - Video

Bakıda restoran və dönərxanalara yararsız, ölü at və mal əti satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əməliyyat keçirib. 

Tədbir zamanı Biləsuvar rayonunda qidaya yararsız, ölü  at və iri buynuzlu heyvan ətinin satışı ilə məşğul olan Zaur Rüstəmov tutulub. 

Müəyyən edilib ki, həmin şəxs Biləsuvar və ətraf rayonlardan xəstə, artıq təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində toplayıb və kəsimini həyata keçirib. Qidaya yararsız at ətinin sümükləri ayrılandan sonra mal əti adı ilə Bakıda müxtəlif restoran, dönərxana və ictimai iaşə obyektlərinə satıb.

BMCMİ və AQTA mütəxəssisləri tərəfindən Zaur Rüstəmova məxsus fermaya və saxlama yerlərinə baxış keçirilərkən qidaya yararsız külli miqdarda mal və at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizalarla ətin insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olması təsdiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ