Yeni il gecəsi bulvarda atəşfəşanlıq olacaq

Bakıda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı atəşfəşanlıq təşkil olunacaq.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Ayaz İmaməliyev bildirib.

“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dekabrın 31-də Dənizkənarı Milli Parkda möhtəşəm bayram atəşfəşanlığı təşkil ediləcək”, - deyə o söyləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ