Rusiya ordusuna qoşulan azərbaycanlı biznesmen öldü - Foto

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı iş adamı Qalib İsayev Ukraynadakı müharibədə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sankt-Peterburqda yaşayan diaspor üzvü Rizvan Şıxızadə məlumat yayıb.

O bildirib ki, Q.İsayev Rusiya ordusu sıralarına könüllü olaraq qoşulub və aparılan döyüş əməliyyatlarında həlak olub.

Qeyd edək ki, vəfat edən Q.İsayev əslən Masallının Kolatan kəndindəndir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ