Bakıda ağır qəza: üç nəfər öldü

Xəzər rayonu Qala-Türkan yolunda ağır yol qəzasında 1 nəfər xəsarət alıb, 3 nəfər ölüb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ-2107”-in sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və onun bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib.

Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ