Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.
“Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırmasını qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. “Blokada”dan avtomobillər keçirsə, yol necə bağlanır?”, - XİN qeyd edib.