Bakının mərkəzində salınacaq 30 hektarlıq meşə-park - FOTO

Bakının Nərimanov rayonunda yeni salınacaq istirahət parkının layihə görüntüləri yayılıb.

Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatə edəcək yeni park 30 hektar ərazini əhatə edəcək və meşə-park tipli olacaq.

Parkda bir neçə stadion və tennis kortunun tikintisi də nəzərdə tutulub.

Bundan başqa yeni tikiləcək parkı yolun əks tərəfindəki Dədə Qorqud parkı və Bakı Zooloji Parkı ilə əlaqələndirmək üçün yerüstü keçidlərin yaradılması da layihəyə daxil edilib.

Layihə fotolarını təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ