Azərbaycanda təzə gəlin qəfil öldü

Azərbaycanda 25 gün əvvəl ərə gedən qadın dünyasını dəyişib.

Buta.media xəbər verir ki, ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ağcabədi rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədova Vüsalə Tohid qızı 25 gün əvvəl öz razılığı ilə İmişli rayonu Əliqulular kənd sakininə qoşularaq qaçıb. 

Bu gün V.Məmmədovanın səhhəti qəfildən pisləşib və o təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Müayinə olunan meyitdə travmatik xəsarətlər aşkar edilməyib.

İlkin məlumata görə, ölümə səbəb qadında yaranmış tənəffüs çatışmazlığı olub.
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ