Naxçıvan şəhəri üzərində ikinci gündür ki, davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən və uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə bütün reyslər təxirə salınıb.
Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən bildirilib.
“Azərbaycan Hava Yolları” bütün sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Həmçinin, uçuşlar haqqında məlumat yeniləndikdə bütün sərnişinlər fərdi şəkildə məlumatlandırılacaq.