Bakıda “pub”da kütləvi dava: baş rejissor və daha 2 nəfər tutuldu - video

Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ