Kəlbəcərdə minaya düşən hərbçilərin son durumu açıqlanıb

Kəlbəcərdə minaya düşərək xəsarət alan hərbçilərin son durumu açıqlanıb 

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hər üç hərbçinin həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, daha əvvəl Kəlbəcərdə minaya düşərək xəsarət alan mülki vətəndaşların son durumu açıqlanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ