Dünən Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi Zöhrab Hümbətov 3 uşaq atası imiş.
Tovuzun Aşağı Quşçu kəndindən olan şəhid gizirin iki qızı və bir oğlu yadigar qalıb.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Z.Hümbətov 10 ildən çox idi hərbçi idi. O, bu gün Aşağı Quşçu kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Xatırladaq ki, Kəlbəcərdə erməni silahlılarının basdırdığı minanın partlaması nəticəsində daha bir neçə hərbçi də xəsarət alıb.