Elinanın direktorunu neçə ilə həbs gözləyir?

162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

Bəs görəsən direktorun günahı sübuta yetirilsə onu nə qədər həbs gözləyir?

Buta.media-nın məlumatına görə, tanınmış vəkil Adəm Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəb direktorunun günahı sübut olunsa, onu 2 ildən 5 ilə qədər həbs gözləyir:

"Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. 

314.2-ci maddəyə əsasən, direktor 2 ildən 5 ilə qədər həbs oluna bilər. Bu cinayət faktı az ağır cinayətlər sirasına aid olduğu üçün son olaraq məhkəmənin yekun qərarını gözləmək lazımdır. 

143-cü maddəyə görə isə, öz vəzifəsinə vicdansız yanaşma nəticəsində ölüm faktının olmasıdır ki, buna görə də cərimə və ya 6 aylıq həbs qətimkan tədbiri seçilir. Onu de deyim ki, direktor həbs olunmazsa, bu cəmiyyətdə böyük rezonans doğuracaq. Ancaq yenə də məhkəmənin qərarını gözləməlk lazımdır." 

Qeyd edək ki, Sevinc Abbasovanın məhkəməsi bu gün baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ