Altı nəfərin öldüyü qəza yerindən ilk görüntü yayıldı - video

Siyəzən rayonunda altı nəfərin ölümü ilə nəticələnən qəza yerindən ilk görüntü yayılıb.

Hadisə Bakı-Quba yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes Vito” markalı avtomobillə TIR toqquşub. Hadisə zamanı “Mercedes Vito”da altı nəfər ölüb, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə zamanı yaralanan sürücü Atayev Elçin Arif oğlu xəstəxanaya yerləşdirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ