Musa Qasımlı: Rəsulzadə sağ olsaydı, İlham Əliyevə müxalif olmazdı

Müsavat Partiyasının fəaliyyət tarixinin təcrübəsi göstərir ki, əgər Məhəmməd Əmin Rəsulzadə və silahdaşları bu gün sağ olsaydı, indiki Azərbaycan hakimiyyətinə, Prezident İlham Əliyevə müxalif olmazdılar, milli-dövlət maraqlar naminə əməkdaşlıq edərək dövlət quruculuğunda iştirak edərdilər.

Buta.media-nın məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı Modern.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, mitinqlərin keçirilməsi Azərbaycanda demokratiyanın mövcudluğunun göstəricilərindən biridir:

"Ancaq mitinqlər təşkil edilərkən belə bir suala cavab verilməlidir: xalqımız və dövlətimiz hansı şəraitdə irəli gedib, hansı şəraitdə geriyə? Hamı yaxşı bilir ki, bizim millət və dövlət xaos, anarxiya və qarışıqlıqda geri gedib və uduzub, Ermənistandan soydaşlarımız tarixi torpaqlarımızdan qovulub. 

Milləti güclü edən dövlət xadimləri və dövlətdir. Dövlət zəif olanda millət başıaşağı olar. Biz xaos, qarışıqlıq milləti deyilik. Azərbaycanın gələcəyi anarxiya və  xaosda deyildir. Ölkəmizdə insanları mitinqlərə səsləyənlər ilk növbədə, pensiyaların, əlillərin, şəhid ailələrinin  maraqların əleyhinə fəaliyyət göstərirlər. 

Çünki əgər sabitlik olmasaydı, iqtisadi inkişaf olmaz, maliyyə imkanları yaranmaz və əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəlmiş geniş islahatlar həyata keçirilməz, banklara olan borclar silinməz, pensiyalar, müavinətlər də artırılmazdı və s. Deməli, insanları mitinqə çağıranlar  xaos yaratmağa çalışırlar. Sabitliyin pozulması iqtisadi inkişafın qarşısını alır. İqtisadi inkişafın qarşının alınması isə mitinqə çıxanlaırn özlərinin əleyhinədir". 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ