Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il noyabr ayının 1-i vəziyyətinə 10 210 818 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

Bundan əlavə, 2022-ci ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51870 nikaha daxilolma və 13139 boşanma halları qeydə alınıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr aylarında ölkə üzrə 103502 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ