İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi”n blokunun dənizə yola salınması mərasimində - foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin əsas məqsədi Xəzər dənizində əldə olunan uğurları artıraraq və beynəlxalq miqyasda rəqabətədavamlı layihə həyata keçirərək “Azəri-Günəşli Terminalı”ndakı (AGT) gələcək qurğuların qazma, istismar və icra əməliyyatlarını təhlükəsizlik baxımından transformasiya etməkdir. Layihənin ümumi dəyəri 6 milyard dollardır. Məbləğin demək olar ki, yarısı - təqribən 3,2 milyardı tikinti və digər işlərə sərf olunur. Qalan hissəsi isə istismar müddətinin sonuna qədər müvafiq işlərə xərclənəcək.

Xatırladaq ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun təməli ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1978-ci ildə qoyulub. SSRİ dövründə ilk belə zavod məhz Azərbaycanda tikilib. 1978-ci ildə təməli qoyulan müəssisənin ilk məhsulu 1984-cü ildə yola salınıb. 1994-cü il sentyabrın 20-də Ulu Öndərin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandıqdan sonra da zavod ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ