Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, liderlər üçtərəfli sazişləri müzakirə edib və gələcək təmaslar barədə razılığa gəliblər.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr və bu ilin oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə edilib. Gələcək təmaslar barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilir.