Naxçıvan dövlət qurumları ilə bağlı yenilik

Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatları audit yoxlamalarından keçirildikdən sonra “gov.az” domenləri ilə təmin ediləcək.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, onlar “Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2012-ci il 19 iyun tarixli Fərmanına əsasən mühafizə olunacaq.

Yenilənmiş 11 informasiya resursunun təhlükəsizlik auditləri üçün Dövlət Xidmətinə təqdim edilməsi və “gov.az” domen zonasına köçürülməsinin planlı olaraq cari ilin sonuna qədər həyata keçirilməsi razılaşdırılıb. Digər resursların yenilənərək təhlükəsizlik tələblərinə uyğunlaşdırıldıqdan sonra “gov.az” domen zonasına köçürülməsi işlərinin növbəti ilin birinci yarımilində tamamlanması planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ