Bakı yağışdan sonra - VİDEO

Gecə saatlarından başlayan yağış Bakı sakinlərinə çətin anlar yaşadıb.

Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yağış suları yola toplanıb və piyadaların, həmçinin nəqliyyat vasitələrinin keçidi üçün ciddi problem yaradıb. 

Eyni vəziyyət metronun “Nizami” stansiyasının çıxışında da yaşanıb. Belə ki, yağış sularının gur axıntısı piyada keçidini yuyub və yolu keçilməz edib. Keçiddən keçə bilməyən piyadalar isə maşın yoluna çıxmalı olublar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ