Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.
Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.
İctimaiyyətə əlavə məlumat veriləcək.