Azərbaycanda qadın həkim tərəfindən cinsi istismara məruz qalıb

Ağsu rayonunda qadın həkim tərəfindən cinsi istismara məruz qalıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

İddia edilib ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Ağsu şöbəsinin rəhbəri Zahir Hüseynov 27 yaşlı qadını qorxudaraq, öz iş yerində cinsi münasibətdə olub. 

Bildirilib ki, qadın bir müddət əvvəl bir şəxsə xəsarət yetirib. Bu əsasla o, həkim-ekspert Hüseynova yaxınlaşıb, ondan xəsarətləri az yazmağını xahiş edib. Həkim “Bu xəsarətlərlə sizə cinayət işi düşür, gəlin münasibətdə olaq, xəsarəti yüngül rəylə bağlayım”, - deyərək onu qorxudub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, eyni zamanda həkim qadına işlədiyi yerdə çalışacağı vədini də verib. Sonda həkim aktlaşdırmada xəsarətlərin yüngül olduğunu qeyd edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qadın tərəfindən Ağsu Rayon Polis Şöbəsinə də müraciət olunub:

“Qeyd olunan iddialarla bağlı şöbədə istintaq araşdırmaları aparılır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ