Sabah bu ərazilərdə işıq olmayacaq

Aprelin 16 və 17-si tarixlərində bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən Buta.media-ya verilən məlumata görə, iki gün ərzində saat 10.30-dan 15.30-dək Masazır Yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq  Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ