Bakı-Quba yolunda böyük tıxacın səbəbi məlum oldu - foto

Bakı-Quba yolunda nəqliyyat  sıxlığının olması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat yayıb.

Məlumatda qeyd edilir ki, həftəsonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfər edib.

Bildirilib ki, ona görə ötən axşam radələrində paytaxt istiqmatinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib:

“Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”.

Hazırda Bakı-Quba yolunda hərəkət bərpa olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ