Bakıda saçyolduya çıxan amerikalı və azərbaycanlı müəllimlər

Bakıda “British school College”-də dava salan müəllimlərin fotolarını üzə çıxıb.

Buta.media BAKU.WS-ə istinadən xəbər verir ki, aprel ayının 12-də kollecdə dava salan 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conun görüntülərini yayılıb.

Qeyd edək ki, aprelin 12-də kollecdə müəllimlər arasında dava düşüb. Davada iştirak edən Aidə Əsədovanın həyat yoldaşı Rəfael Əsədov hadisə barədə ətraflı məlumatlar verib.

O, bildirib ki, əslində baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.

“Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb.

Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib”, - deyə Rəfael Əsədov bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ