Azərbaycan rəsmiləri Laçın dəhlizində sülhməramlılarla üz-üzə - video

Bu gün Laçın dəhlizində yaranan tıxacı əks etdirən videogörüntülər yayılıb.

Görüntülərdə sülhməramlıların komandanı ilə ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin danışığı əks olunub.

Qeyd edək ki, tıxaca səbəb bir neçə dövlət qurumunun sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı aparılan monitorinqlərdir.

Onu da bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələri davam etdiriblər.

“Qafqazinfo” xəbər verir ki, müzakirələr əsnasında Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bir daha ifadə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ