Bakıda hamiləlik qanaxmasından vəfat edən 20 yaşlı Nəzrin Həsənovanın qohumları danışıblar.
Qohumların sözlərinə görə, dəfələrlə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma zəng etsələr də, onlar ünvana vaxtında çatmayıblar:
“Təcili yardıma 45 dəfə zəng vuruldu. 2 saat sonra gəldilər”.
Qeyd edək ki, hadisə noyabrın 30-da Bakı şəhərində qeydə alınıb. Belə ki, beş aylıq hamilə N. Həsənova xəstəxanaya çatdırılandan sonra orada vəfat edib. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.