Azərbaycanda kiçik və orta biznesin 7 il müddətinə vergidən azad edilməsi müzakirə edilir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biz biznes hesabatı prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doing Business” üzrə yüksək göstəricilərə nail olub. Xüsusilə kiçik və orta sahibkarlığın yeddi il müddətinə vergidən azad edilməsi yolu ilə biznes imkanlarının genişləndirilməsi nəzərdə tutulur”, - deyə Cabbarov bildirib.