Gültəkin Hacıbəyli saxlanıldı

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

İlkin məlumata görə, ona bildirilib ki, barəsində cinayət işi başlanıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

APA yazır ki, G. Hacıbəyli Nəsimi rayon Məhkəməsinə aparılıb, ifadəsi alınaraq sərbəst buraxılıb.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ