Bu gün Dənizkənarı Milli Parkda 14 yaşlı qız intihara cəhd edib.
Buta.media xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə günorta saat 14.56 radələrində qeydə alınıb.
Yeniyetmə sudan çıxarılıb və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, azyaşlı bədəninin soyuması və boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.