AZƏRTAC-a yeni sədr təyin edildi

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin edilib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, bu vəzifəyə Vüqar Əliheydər oğlu Əliyev gətirilib.

O, əvvəllər də AZƏRTAC-da çalışıb. 

Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ