Facebook, Instagram və Whatsapp çökdü

Facebook, Instagram və Whatsapp-ın işində ciddi problemlər yaranıb.

Buta.media Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidmətinin səhifəsində məlumat yer alıb. 

Bildirilir ki, bir çox ölkələrdə istifadəçilər Facebook və Instagram-dan istifadə edə bilmirlər. 

Ən çox Britaniya, Fransa, İtaliya, Yunanıstan və Çexiyadakı istifadəçilər şikəyət edirlər.

Qeyd edək ki, Azərbaycanda da bəzi istifadəçilər hazırda Facebook və Instagram-ın xidmətlərindən yararlana bilmir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ