Quşçuluq fermasında dəhşətli yanğın: minlərlə cücə tələf oldu

Xaçmazda quşçuluq fermasında yanğın qeydə alınıb.

Buta.media FHN-ə istinadən xəbər verir ki, rayonun Cığatay kəndində ümumi sahəsi 500 m² olan fermanın tavanı 100 m² sahədə yanıb.

Nəticədə 5 mindən çox cücə tələf olub.

Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ