Evi dağıdılan sakin fikirlərini dandı - Jurnalistləri günahlandırdı

Abşeron rayonunun Saray qəsəbəsində icra nümayəndələri tərəfindən evi dağıdılan Rəsul Hüseynov icra başçısı İradə Gülməmmədova ilə bağlı bir gün öncə söylədiyi fikirlərin danıb. 

Buta.media Demokrat.az-a istinadən xəbər verir ki, videomüraciət edən Rəsul Hüseynov evinin Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən sökülmədiyini söyləyib. 

O, problemlərinin ictimailəşdirilməsində iştirak edən jurnalistləri də qınayıb:

“Jurnalistlər icra başçısı ilə bağlı səhv yazıblar. İradə (İcra başçısı İradə Gülməmmədovanı nəzərdə tutur - müəllif) xanımın bundan xəbəri yoxdur. Biz getmişdik başçının yanına. Özü yox idi, müavini bizi qəbul etdi. Yəni, İcra Hakimiyyətinin heç bir günahı yoxdur. Evimi məhkəmə icraçıları uçurdub”.

Qeyd edək ki, bir gün öncəyədək Rəsul Hüseynov evinin Abşeron rayon İcra Hakimiyyəti tərəfindən dağıdıldığını və ondan 15 min manat rüşvət tələb edildiyini bildirmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ