Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüş baş tutmayacaq.
Bunu Prezident İlham Əliyev noyabrın 25-də “Orta dəhliz boyu: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Brüsseldəki görüş dekabrın 7-də olmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxladığını bildirdi və bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa prezidenti Makronun iştirak edəcəyi təqdirdə razılıq verəcək. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”, - deyə dövlət başçısı bildirib.