İmişlidə qətl hadisəsi baş verib.
Buta.media-nın xəbərinə görə, ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib.
Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. Meyit bir saat əvvəl çaydan çıxarılaraq İmişli morquna təhvil verilib.
Qətlə yetirilən qadının əri Məmmədov Ümüdvar Mustafa oğlu meyiti aparan maşının Anar adlı sürcüsünü bıçaqlayaraq ağır xəsarət yetirib.
Sonuncu İmişli rayon xəstəxanasnda əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirlib.
Hadisənin baş vermə səbəbi qətlə yetirilən qadının bir evdə yaşadıqları qaynı arvadının başqası ilə görüşməsindən xəbər tutması olub.
Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılb araşdırçma aparılır.