“Bakı Metropoliteni” sərnişinləri ittiham etdi - Qatarlar onlara görə gecikirlər

Metroda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.

Buta.media-nın Trend-ə istindaən məlumatına görə, bu barədə “Bakı Metropoliteni”ni Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib. 

O bildirib ki, qapılar tutulan zaman qapı silindrləri xarab olur:

“Qatarların depoya təmirə yollanmasının əsas səbəblərindən biri də sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindrləri 2,8-3,2 atmosferə hesablanıb. Onu saxlayanda bir sıra mexanizmlər sıradan çıxır. Yeni qatarlarda isə sərnişinlər qapı arasında dayanıbsa, ötürücü bunu görür və avtomatik olaraq yenidən açılıb bağlanır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ