Anar Əsədlinin ölkədən çıxışına “stop” qoyuldu - Yüz minlik dələduzluq

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bu barədə o, özü feysbuk səhifəsində yazıb. Partiya sədri bildirib ki, bu gün Ankaraya olan səfəri məlum qadağaya görə baş tutmayıb: "Hazırda qanunsuz olaraq ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Heydər Əliyev adına hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb".

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Anar Əsədli barəsində tətbiq olunan qadağaya səbəb iki vətəndaşın dələduzluqla bağlı etdikləri şikayətdir: "Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır".

Qeyd edək ki, Anar Əsədli bir müddət öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi. Onun adı dələduzluq əməlində hallanırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ