Təhsil Nazirliyinə ağır ittiham: Bu qədər asandırmı çıxıb getmək?

Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin yeni qaynar xətt yaratması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Buta.media xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, Təhsil Nazirliyi yeni qaynar xətt yaratmağı düşünür:

“Təzəsini yaratmağa ehtiyac yoxdur, “146”  Qaynar xətti var. Sadəcə olaraq elektron ünvanınıza, qaynar xəttinizə gələn müraciətlərə baxmaq lazımdır. 

Yeni qaynar xətt üçün niyə büdcə vəsaitini sərf edirsiz ki? Yeni qaynar xəttə sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar.

Məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam. Sadəcə olaraq görməməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısız, onları doğru saymısız. 

Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta "Nuh" da öz gəmisinə artıq yük götürmədi". 

Daha sonra ekspert Təhsil Nazirliyinə ağır ittiham irəli sürüb:

"Qapı - qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediz. 

Yenə də deyirəm, əgər gəminizdəki artıq yükləri atmasaz, yaxın keçmişin trend mahnısı yenidən gündəm olacaq: "Bu qədər asandırmı çıxıb getmək?"”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ