Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Fələstin Dövlətində (Ramallah şəhərində) isə Azərbaycanın Təmsilçilik Ofisi təsis ediləcək.